Referal İdarəetmə Sistemi – RMSAI
Mobil tətbiq üzərindən istifadəçi bazasını artırmaq və satış həcmini yüksəltmək üçün hazırlanmış, dost dəvəti əsaslı gamifikasiya sistemi. İstifadəçilər dostlarını tətbiqə dəvət etdikcə bonuslar qazanır və həm şəxsi, həm də kollektiv performans üçün stimullar əldə edirlər.
Modul Adı – Təyinat və İstifadə:
Dostunu Dəvət Et Bölməsi – İstifadəçilər unikal referal link/kod əldə edir, SMS, WhatsApp, Email və sosial media vasitəsilə dostlarını dəvət edir
Qeydiyyat və Alış-veriş Bonusları – Dost qeydiyyatdan keçəndə sabit bonus, alış-veriş etdikdə əlavə bonus; bonuslar tətbiqdaxili balansda toplanır
Gamification & Səviyyə Sistemi – Səviyyələr (Bronz → Gümüş → Qızıl) üzrə bonus artımı, spin/qutu və xüsusi mükafat mexanikaları
Multi-Level və Leaderboard – Dəvət etdiyiniz şəxsin dəvət etdiyi şəxsdən də kiçik faiz qazanma imkanı; ən çox dost dəvət edənlər üçün leaderboard
Bonus İstifadəsi & Limitlər – Bonus yalnız tətbiq daxilində alış-verişdə istifadə olunur, maksimum limit və müddətə tabedir
Analitika & Risk İdarəsi – Dəvət axını, kanal atribusiyası, fraud yoxlaması və gecikmiş təsdiqləmə sistemi
Üstünlüklər:
İstifadəçi bazasının sürətlə böyüməsini təmin edir
Satış və alış-veriş həcmini artırır
Gamifikasiya elementləri ilə istifadəçilərin aktivliyini yüksəldir
Şəffaf və təhlükəsiz bonus sistemi ilə sui-istifadə risklərini minimuma endirir
Mobil UX ilə dost dəvətini asan, sürətli və əyləncəli edir