İşə Qəbul və Namizəd İdarəetmə Sistemi – Jobhub

İşə Qəbul və Namizəd İdarəetmə Sistemi – Jobhub

Azərbaycanda freelance və outsource iş imkanlarını bir araya gətirən, universitetlər üçün tələbə profillərini idarə etməyə imkan verən çoxfunksiyalı platforma. Sistem tələbələr, mütəxəssislər və şirkətlər arasında təcrübə, iş və layihə əsaslı əməkdaşlığı asanlaşdırır.
Modul Adı – Təyinat və İstifadə:
•    İstifadəçi Qrupları:
o    Freelancerlər: Profil yaratma, portfolio və CV yükləmə; mövcud işlərə müraciət; bacarıq və sertifikat qeydiyyatı; onlayn ödəniş sistemi inteqrasiyası.
o    Şirkətlər və işəgötürənlər: Layihə və iş elanları yerləşdirmə; freelancer seçimi və müqavilə imzalanması; outsource layihələrin idarə olunması üçün panel.
o    Universitetlər: Təsdiqlənmiş profil yaratmaq; tələbə məlumatlarını yükləmək; təcrübə və staj elanları; tələbə-müəssisə matchinq funksiyası.
o    Admin Panel: İstifadəçiləri, kontenti və ödənişləri idarə etmək; hesabatlar və statistika.
•    İstifadəçi Qeydiyyatı və Avtorizasiya: Email və sosial şəbəkə ilə giriş (LinkedIn, Google, Facebook); 3 əsas rol (Freelancer, Şirkət, Universitet); e-mail təsdiqləmə və iki faktorlu autentifikasiya.
•    Profil İdarəetməsi: Freelancerlər üçün portfolio, bacarıq, sertifikat və CV yükləmə; şirkətlər üçün layihə və vakansiya əlavə etmə; universitetlər üçün tələbə məlumat bazasının idarə olunması.
•    Layihə və Vakansiya Sistemi: Outsource/freelance layihələr üçün elan forması; təcrübə və staj proqramları üçün ayrıca bölmə; filtrlər (sahə, bacarıq, təhsil, şəhər, tələb olunan dil, büdcə); müraciət forması və sistem içində mesajlaşma.
•    Axtarış və Filtrləmə: Freelancer, layihə, universitet və staj proqramları üzrə axtarış; ixtisasa, bacarıqlara və reytinqə görə sıralama.
•    Ödəniş və Abunə Sistemi: Layihə əsaslı və ya aylıq abunə planları; yerli və beynəlxalq ödəniş gateway-ləri ilə inteqrasiya.
•    Universitet Modulu: Təsdiqlənmiş hesablar; tələbə məlumat bazasının Excel/CSV ilə yüklənməsi; staj və təcrübə proqramlarının yerləşdirilməsi; məzun şəbəkəsi və işlə təminat hesabatları.
•    Təcrübə və Staj Portalı: 3-4-cü kurs tələbələri üçün xüsusi filtr; şirkətlərin staj elanları; tələbələrin bir kliklə müraciət etməsi; onlayn CV match funksiyası.
•    Daxili Mesajlaşma və Bildirişlər: İstifadəçilər arasında chat; push və email bildirişləri.