Tədbirlərə Giriş Nəzarət Sistemi – Event Acces Control / EACAI
Tədbirlərdə iştirakçıların girişini nəzarət altına almaq üçün hazırlanmış sistemdir. Bilet almış və ya icazəsi təsdiqlənmiş şəxslər avtomatik şəkildə giriş əldə edir, icazəsi olmayanlar bloklanır. Sistem həm fiziki tədbirlərdə (konsert, seminar, sərgi və s.), həm də korporativ zonalarda (zal, toplantı otağı, qapalı məkan və s.) tətbiq oluna bilər.
Modul Adı – Təyinat və İstifadə:
Bilet və İcazə İdarəsi – QR kod, barkod və ya NFC ilə bilet yoxlama, birdəfəlik və ya çoxdəfəlik giriş parametrləri.
Giriş Nəzarəti – Turniket, smart qapı və giriş sistemləri ilə inteqrasiya, avtomatik qapı açma, icazəsiz giriş cəhdlərində xəbərdarlıq.
Identifikasiya və Təhlükəsizlik – Şəxsiyyət təsdiqi (bilet, ID kart, üz tanıma), qara siyahıya düşmüş şəxslərin avtomatik bloklanması, log və siqnal sistemi.
Vaxt Məhdudiyyətləri – Bilet/İcazə üçün xüsusi vaxt aralığı təyini, zonalara görə fərqli vaxt limitləri (məs: yeməkxana nahar vaxtı).
Bildirişlər və Monitorinq – Real vaxtda giriş-çıxışların izlənməsi, dərhal bildiriş, statistik hesabatlar (daxil olan, cəhd edən, rədd olunan).
Üstünlüklər:
Tədbir girişini şəffaf və təhlükəsiz idarə edir
Saxta biletlə giriş riskini minimuma endirir
İştirakçıların sürətli və rahat girişinə imkan yaradır
Tədbirin təşkilati və təhlükəsizlik səmərəliliyini artırır